Qurbanovdan istefa ilə bağlı açıqlama: "Üzərimdən böyük yük qalxdı, rahatam"
Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.
“Report”un xəbərinə görə, bu barədə o, özü məlumat verib.
“Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək”, – o əlavə edib.
“Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam”, – millinin sabiq baş məşqçisi vurğulayıb.
O nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: “Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına – red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacağam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər.
Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Bunu yalnız qorxaqlar edə bilərlər"
Millinin matçına biletlər satışa çıxarıldı
“Real”ın futbolçuları Ronaldodan beziblər
“Mənə it kimi davranıldı” - Ramosun toyundakı ofisiant
Milli komandanın dünənki oyununda sirli məqam...
Ronaldonun fotosu rekord vurdu