Qurban Qurbanovun yerinə “Neftçi”nin baş məşqçisi gəlir?
Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu iclasda millimizin son bir ildəki fəaliyyəti müzakirə olunacaq.
Mətbuatda və sosial mediada yazılanlara görə, Qurban Qurbanov millidəki postundan istefa verəcəkdi. Bu, belə də oldu.
Onun yerinə isə AFFA-nın “Neftçi”nin italyan baş məşqçisi Roberto Bordinin komandaya gətiriləcəyi deyilir.
Bu məsələ ilə bağlı “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun fikirlərini öyrəndik:
“Vallah, ilk dəfədir ki, bu məsələni eşidirəm. Heç klubun gündəmində belə bir şey olmayıb. Heç Bordin də bizə bu haqda heç nə deməyib. Həm millidə, həm də “Neftçi”də çalışmağı mümkündürmü? Bu məsələ ilə bağlı çox agah olmadığımdan, dəqiq bir söz söyləyə bilmərəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?