Qurban Qurbanovun oğlu əmisinin klubuna qol vurdu, “Qarabağ” heç-heçə etdi
Azərbaycan birinci divizionunda 11-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə 4 görüş keçirilib.
Lider MOİK “Neftçi-2” ilə ev oyununda uduzub – 1:2. Bu, ordu klubunun mövsümdə ilk məğlubiyyətidir.
“Sabah – 2” səfərdə “Səbail-2″yə, “Keşlə -2” isə “Zirə-2″yə qalib gəlib. “Qarabağ-2” – “Zaqatala” matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb. Meydan sahiblərinin qolunu millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub. Bu, onun birinci divizionda ilk qoludur. Maraqlıdır ki, gənc hücumçu ilk qolunu əmisi Musa Qurbanovun prezidenti olduğu “Zaqatala”ya vurub.
23 noyabr
“Səbail – 2” – “Sabah -2” – 0:2
Qollar: Zahid Mərdanov, 19, Tolqar Yaqubov, 54
“Qarabağ-2” – “Zaqatala” – 1:1
Qollar: Musa Qurbanlı, 26 – Roini İsmayılov, 42
MOİK – “Neftçi-2” – 1:2
Qollar:Raul Yaqubzadə, 87 – Elnur Süleymanov, 77-p., Xəyal Tomanov, 90+3
“Zirə-2” – “Keşlə-2” – 1:4
Qollar: Taleh Rzayev, 86 – Şirməhəmməd Məmmədov, 49, Emin Quliyev, 67, Qabil Sarıoğlu, 74, Ruslan Nəsirli, 90+3
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. “Sumqayıt-2” 24 xalla 2-ci, “Neftçi-2” 23 xalla 3-cüdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?