19.12.2018 - 16:51
İdman 1 baxış

Qurban Qurbanovun oğlu het-trik edib

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

“Report” xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Region Liqasında çıxış edən “Tufan”a 8:0 hesabı ilə qalib gəlib.

Yığmanın heyətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib.

Yığma bununla da təlim-məşq toplanışını başa vurub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: