Qurban Qurbanov özünü və bütün köməkçilərini cərimələdi - İddia
Sabah AFFA İntizam Komitəsi tərəfindən Topaz Premyer Liqanın 8-ci turunda “Səbail”lə qarşılaşan “Qarabağ”a (1:0) texniki məğlubiyyət verilə bilər.
Buna səbəb Ağdam klubunun oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdı.
Matçın protokolunda Abbas Hüseynovun adı göstərilməsə də, o, 2-ci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxıb.
Sportinfo.az iddia edir ki, Qurban Qurbanov bu hadisədən dolayı sərt qərar verib.
O, özü başda olmaqla, bütün məşqçi korpusunun cərimələnməsi barədə rəhbərliyə raport yazıb. Rəqəm açıqlanmasa da, məbləğin kifayət qədər yüksək olması bildirilir.
Bu məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov oxu.az-a açıqlama verib:
“Bu, klubdaxili məsələdir. Belə bir şey olsaydı belə, bundan mətbuat xəbər tutmazdı. Hazırda “Vorskla” ilə oyuna hazırlaşırıq. İntizam Komitəsi qərarını açıqlamayıb. Ona görə indi bu barədə danışmağımız düzgün deyil. Belə bir şey olmayıb. Olsa da, bundan ictimaiyyətin xəbər tutması mümkün deyil”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır