Quli İstanbulda «sxodka» keçirdi, ara qarışdı
Bir neçə müddətdir ki, kriminal aləm Yunanıstanda məskunlaşmış «qanuni oğru» Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmağa çalışırdı. Bu məqsədlə Vaja Türkiyədə olan azərbaycanlı «qanuni oğru» Nadir Səlifova (Quli) müraciət edib. Vaja ilə konfliktdə olan Şotikonun daxil olduğu Kutaisi klanın «xaç atası» sayılan Merab Suxumski Qulinin bu məsələyə qarışmamasını istəyib. Amma Quli deyib ki, ona «qanuni oğru»kimi müraciət edilib və bunu rədd edə bilməz.
Bu səbəbdən İstanbulda 27 nüfuzlu «qanuni oğru»nun iştirakı ilə Qulinin məkanlarından birində «sxodka» keçirilib.
Bu konfliktin kökü 2015-ci ilə gedib çıxır. Şotiko Vajanın klanın daxil olan «qanuni oğru» Qeqi Modubadzeni döyüb. Bu isə Vajanın qəzəbinə səbəb olub. Bu konfliktə bağlı bir neçə dəfə toplantı çağırılması uğursuz başa çatıb. Üstəlik, Şotiko Qeqinin yaxınlarda Ukraynada deportasiya məntəqəsində olduğunu öyrəndikdə onun «oğru» olmadığı mesajını göndərib və frayerlər Qeqini yenidən döyüblər.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Şotiko (Şotiko) Tevdoradze
Bu isə Vajanı daha da qəzəbləndirib. Hadisədən daha sonra Kutaisi klanı «sxodka» çağırıb və konflikti sülhə bağlamağa çalışıblar. Vaja isə bununla razılaşmayıb. O deyib ki, «sxodka»nın sonunda ya Şotiko, ya da Qeqi «oğru»adından məhrum edilməli idi. Şotikonun Qeqini tanımamasına gəlincə, Vaja deyib ki, adamını döyəndə o, bir neçə «qanuni oğru»nun adını çəkib, amma Şotiko buna da fikir verməyib.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş

Vaji (Vaja) Biqanişvili
İstanbulda keçirilən «sxodka» ya Şotiko dəvət edilsə də, iştirak etməyib. Vaja bu konfliktə bağlı öz mövqeyini ortaya qoyub və nüfuzlu «qanuni oğru»lar onun dediklərinə inanıblar.
İstanbulda oğru toplantısı keçirilərkən, hazırda İspaniyada məhkəməsini gözləyən Taro ləqəbli Tariel Oniani və Merab Suxumski kimi tanınan Merab Canqveladzenin rəhbərlik etdiyi Kutaisi klanı isə Trabzonda «oğru toplantısı» keçirib.

Solda Tariel Oniani, sağda Merab Suxumski
Qeyd edək ki, yuxarıda adı çəkilən hər iki şəxs kriminal aləmdə general statusundadırlar, hətta liderliyə can atırlar.
Onlar da Vajaya yaxın iki «oğru»nun-Sokrat və Sandrikin «tacı»nın tanınması barədə hökm çıxarıblar. «Sxodka» da bildirilib ki, Sandrik İtaliyada döyülməsinin cavabını hələ də verməyib, Sokrat isə «qanuni oğru»adını Şakro Molodoyun, qoyduğu yasağa rəğmən alıb.
Baş verənlər isə Türkiyəyə yerləşən bir-birinə düşmən kəsilmiş klanların tezliklə açıq savaşa başlayacaqlar deməkdir. Qulinin bu məsələdə tərəfsizliyini qoruyacağı isə o qədər real görünmür.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək