Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi
“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov xəstəxanaya yerləşdirilib.
Minval.info Open.az-a istinadən xəbər verir ki, sabiq məmurun səhhətində ciddi problemlər yaranıb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda Q. Şükürov istintaqın nəzarəti altında müalicə alır. Lakin onun barəsində hələlik məhkəmə tərəfindən heç bir qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub.
Daha sonra Q.Şükürova Cinayət Məcəlləsinin 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həftəsonları kafe və restoranlar işləyəcək?
“Niyə anası xəstəxanada qızın yanına buraxılmayıb?” – Xalq artisti
Günaybank-dan 100 milyon oğurlayan bankir yaxalandı
Mədəniyyət Nazirliyi, xaricdə çəkilən aktyorları orda niyə görmürük?
Yunis Səfərov saxlanma şəraiti və ona qarşı rəftardan şikayət etməyib
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR