13.08.2026 - 08:31
Kriminal 63 baxış

Qubada ağac qətliamı: Meşəlik ərazi niyə məhv edilir?

Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi şəkildə kəsildiyinə dair məlumatlar yayılıb. Ərazidə aparılan çəkilişlər zamanı ağacların kəsildiyi və meşə örtüyünün seyrəldiyi müşahidə olunub.

Minval.info xəbər verir ki, kənd sakinləri əvvəllər sıx meşəlik olan bu ərazinin indi ağacların kəsilməsi nəticəsində tamamilə dəyişdiyini bildirirlər. İddiaya görə, burada meyvə ağacları da mövcud olub.

Ərazinin sahibi Kamil Güləliyev, ərazinin onun şəxsi mülkiyyəti olduğunu və çıxarışının olduğunu qeyd edib. O, meyvə ağaclarının ev tikmək məqsədilə kəsildiyini bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktını təsdiqləyib və ərazinin meşə fonduna aid olmayan seyrək bir sahə olduğunu açıqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qəçrəş kəndindəki ağac kəsimi ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticələrinə əsasən, əmələ hüquqi qiymət veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: