"Qrupda istənilən yığmadan xal ala bilərik" – Yığmamızın futbolçusu
Hər bir yığma bizə tanışdır və hamısı yaxşı komandalardır. Heç birini xüsusi fərqləndirmək istəmirəm, çünki bütün komandalar güclüdür. Hər birindən xal və ya xallar almaq üçün əlimizdən gələni edəcəyik”.
Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın hücumçusu Ruslan Qurbanov deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən “Səbail”in futbolçusu qrupda istənilən rəqibdən xal almağaın mümkünlüyünü bildirib:
“Sözsüz, bu qrupdakı komandalar əvvəlkilərdən bir az daha güclüdür. Yaxşı oyun göstərməyə çalışacağıq ki, bizə inansınlar. Nəticənin necə olacağını zaman götərəcək. Hər oyuna sona qədər döyüşmək üçün çıxacağıq. Yalnız bu halda istənilən yığmadan xal ala bilərik. Qrupumuza güclü komandalar düşüb. Hətta bunu, “ölüm qrupu” da adlandırmaq olar”.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda mübarizə aparacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?