“Qohum evliliklər uşaqlarda görmə pozğunluğunun sayını artırır”
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada 1, 5 milyon kor, 5 milyon zəif görən uşaq yaşayır”.
ONA-nın xəbərinə görə, bu barədə “Oftalmologiyanın bu günü və gələcəyi” adlı konfransında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi, oftalmoloq Aysel Əkbərova deyib.
O bildirib ki, görmə zəifliyi dünyada 1,5-2 milyon nəfər uşağın inkişafına və təhsilinə əhəmiyyətli dərəcədə təsir edir: “Dünyadakı zəif görənlərin 4-12 faizini uşaqlar təşkil edir. Bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə də qohum evliliklərinin yayılması, genetik xəstəliklərin daha çox rast gəlməsinə səbəb olaraq uşaqlıq dövründə görmə pozğunluğunun sayının artmasına gətirib çıxarır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmənin səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkmilləşdirilməsi mümkündür”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var