Qızının gözü qarşısında anasını bıçaqlayan Bəhmənovun ittihamı ağırlaşdırıldı
Fevralın 1-də Bakıda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran Ceyhun Bəhmənovun ittihamı ağırlaşdırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparılan istintaq tədbirləri nəticəsində C.Bəhmənovun əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Cinayət işinin istintaqı Yasamal rayon prokurorluğu tərəfindən davam etdirilir.
Qeyd edək ki, C.Bəhmənov bir müddət öncə boşandığı keçmiş arvadı Dilarə Bəhməovaya Hüseyn Cavid parkının yaxınlığında arxadan hücum edərək əlində olan iki bıçaqla zərbələr endirib. D.Bəhmənova həmin zaman 15 yaşlı qızını həkimə gətiribmiş və hadisə poliklinikadan çıxanda baş verib. C.Bəhmənov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın ilkin mərhələsində hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılmışdı, daha sonra iş CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilmişdi.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı