“Qızıl top”un sahibi məlum oldu
Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına “Real”ın xorvatiyalı legioneri Luka Modriç layiq görülüb.
Modriç mükafata əsas namizədlər olan Kriştianu Ronaldu, Antuan Qrizmann və Kilian Mbappeni geridə qoyub.
Qeyd edək ki, Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.
Xatırladaq ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuz olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həbibə nəyi qadağan ediblər - Məşqçisi danışdı
"Qarabağ" mərhələni keçəcəyi təqdirdə bu klubla qarşılaşacaq
İbrahima Vadji rəsmən “Sent-Etyen”də
Bu gün Çempionlar Liqası var: "Barsa", "Liverpul", "Bavariya"... - Afişa
“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO
Görünməmiş hadisə: Boksçu ilk raundda rinqdən qaçdı... - VİDEO