Qızıl alveri adı altında yarım milyonluq fırıldaq: Özbək qadının Azərbaycandakı cinayət əhvalatı
Azərbaycanda qızıl satışı adı ilə yarım milyon manatdan artıq dələduzluq etməkdə ittiham olunan Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda Mamatova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Mamatova əvvəllər “Moskva” univermağında qızıl satışı ilə məşğul olub və qazandığı etibardan istifadə edərək tanışlarından aldığı qızılları Özbəkistanda sataraq pullarını mənimsəyib. Bu yolla o, yarım milyon manatlıq qızıl-zinət əşyalarını müştərilərdən alıb.
Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş