09.08.2022 - 15:00
Hərbi xəbər 26 baxış

“Qisas” əməliyyatının pərdəarxası - VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 93-cü buraxılışı təqdim olunub.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatının pərdəarxası məqamlarından, ordumuzun əldə etdiyi nailiyyətlərdən danışıb.

O bildirib ki, Qarabağ silsiləsində Azərbaycan Ordusunun hərbçiləri birdən-birə peyda olmayıb. Bölmələrimizin bütün silsilə boyu mövqeləri və döyüş postları olub.

“Qeyri-qanuni erməni silahlı dəstələrinin həmin mövqelərdən birinə qarşı törətdiyi təxribat “Qisas” – cavab əməliyyatının başlanmasına təkan verib”, – deyə qeyd edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: