Qıcolmalar hansı ciddi xəstəliklərin əlaməti ola bilər
“Baku Med” verilişinin son buraxılışında Altsheymer xəstəliyi və epileptik tutmaların əhəmiyyəti müzakirə edilib. Proqramda bu xəstəliklərin əlamətləri və müalicə imkanları haqqında ətraflı məlumat verilib.
Minval.info xəbər verir ki, Altsheymer xəstəliyinin ilkin əlamətləri arasında yaddaşın zəifləməsi və gündəlik fəaliyyətlərdə çətinliklər yer alır. Həkimlər, həmçinin, yaddaşın bərpa edilməsinin mümkünlüyünü və xəstəliyin erkən mərhələlərində diaqnoz qoyulmasının əhəmiyyətini vurğulayıblar.
Epilepsiya ilə bağlı isə qıcolmaların bu xəstəliyin əsas əlaməti olduğu qeyd edilib. Epileptik tutmaların tam müalicəsi mövcud olmasa da, müalicə vasitələri ilə onların idarə edilməsi mümkündür. Həmçinin, belə tutmalar zamanı dil qatlanması kimi halların baş verə biləcəyi də bildirilib.
ƏLAQƏLİ
Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər
Proqramda, həmçinin, qıcolma ilə epilepsiya xəstəliyi arasındakı fərqlər də izah olunub. Bu fərqlərin düzgün anlaşılması, diaqnoz və müalicə prosesində əhəmiyyət daşıyır.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər
Hər gün istifadə edilən darçınla bağlı risklər aşkarlanıb
Azərbaycanda qızılca və suçiçəyinə yoluxma ilə bağlı son vəziyyət
Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas edib
Həftəsonundan sonra yorğunluğun iki gizli səbəbi açıqlandı
Arıqlama iynələri ilə bağlı yeni təhlükə: İstifadəni dayandıranlarda...