Həftəsonundan sonra yorğunluğun iki gizli səbəbi açıqlandı
Həftəsonundan sonra özünüzü yorğun hiss edirsinizsə, bunun iki əsas səbəbi ola bilər.
Publika.az-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə nevroloq Olqa Butenko açıqlama verib.
Olqa Butenkonun sözlərinə görə, yorğunluğun ilk səbəbi istirahət günlərində yuxu rejiminin pozulmasıdır. İş günləri səhər erkən saatlarda oyanan insanlar, həftəsonları gec yataraq günortaya qədər yuxuda qalanda bioloji saatları dəyişən rejimə uyğunlaşmaqda çətinlik çəkir. Bu isə bazar günü axşamı vaxtında yuxuya getməyi çətinləşdirir və bazar ertəsi günü yuxusuzluqla başlayır.
ƏLAQƏLİ
Arıqlama iynələri ilə bağlı yeni təhlükə: İstifadəni dayandıranlarda...
Nevroloqun qeyd etdiyi ikinci səbəb isə həftə ərzində yığılan yorğunluqdur. Az yatmaq və çox işləmək nəticəsində yaranan yorğunluğu yalnız iki gün istirahətlə aradan qaldırmaq çətin ola bilər.
Həkim, hər həftəsonu uzun müddət yatmaq ehtiyacı hiss edən insanlara, iş günlərindəki yuxu rejimlərinə diqqət yetirməyi tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arıqlama iynələri ilə bağlı yeni təhlükə: İstifadəni dayandıranlarda...
C vitamini nə vaxt qəbul edilməlidir? - Həkimdən vacib xəbərdarlıq
Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq