Arıqlama iynələri ilə bağlı yeni təhlükə: İstifadəni dayandıranlarda...
Arıqlama iynələrinin potensial yan təsirləri ilə bağlı narahatlıq yaradan yeni məlumatlar ortaya çıxıb.
Publika.az-ın məlumatına görə, ABŞ-da aparılan bir araşdırmada, bu preparatlardan istifadəni dayandıran iki şəxsdə ağır psixiatrik simptomlar inkişaf edib.
İtaliyada isə müalicəni yarımçıq buraxan diabet xəstələrində infarkt, insult və ölüm hadisələrinin artdığı müəyyən edilib. Bundan əlavə, ABŞ Qida və Dərman Administrasiyası (FDA) bəzi arıqlama preparatlarının təlimatlarına görmə itkisi riskini əlavə etməyi tələb edib.
Bununla belə, tədqiqatçılar vurğulayır ki, xəstələrin dərman qəbulunu niyə dayandırdıqları tam aydın deyil və digər xəstəliklərin də nəticələrə təsir edə biləcəyi ehtimalı var.
Bu araşdırma “The Primary Care Companion for CNS Disorders” jurnalında dərc olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həftəsonundan sonra yorğunluğun iki gizli səbəbi açıqlandı
C vitamini nə vaxt qəbul edilməlidir? - Həkimdən vacib xəbərdarlıq
Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq