C vitamini nə vaxt qəbul edilməlidir? - Həkimdən vacib xəbərdarlıq
“C” vitamini qəbul etmək üçün xüsusi bir saat seçməyə ehtiyac yoxdur. Lakin çox yüksək dozada qəbul edilməsi immuniteti gücləndirmir, əksinə, həzm sistemində problemlərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın terapevti Kseniya Noçevnaya “Gazeta.Ru”ya danışıb. Həkimin sözlərinə görə, “C” vitamini kollagenin yaranmasında, toxumaların sağalmasında, immun sisteminin fəaliyyətində və antioksidant müdafiədə mühüm rol oynayır. O, həmçinin bitki mənşəli qidalarda olan dəmirin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.
Mütəxəssis bildirir ki, “C” vitamininin əsas mənbəyi müxtəlif və balanslı qidalanma olmalıdır. Bu vitamin şirin bibər, qara qarağat, kivi, itburnu, sitrus meyvələri, brokoli, kələm və göyərtidə çoxdur. Dondurulmuş giləmeyvələr də yaxşı vitamin mənbəyi hesab olunur.
ƏLAQƏLİ
Bel çevrəsinin ölçüsü ölüm riskindən xəbər verir: Alimlərdən gözlənilməz nəticə
“C” vitamini uzun müddət istiliyə, suya və saxlanmaya həssas olduğundan tərəvəz və meyvələrin bir hissəsini təzə halda yemək, bişirərkən isə uzunmüddətli istilik emalından qaçmaq tövsiyə edilir.
Qəbul vaxtının xüsusi əhəmiyyəti yoxdur
Həkim əlavə preparat qəbulunun tövsiyə edildiyi hallarda “C” vitamininin səhər və ya axşam, yeməkdən əvvəl və ya sonra qəbul edilə biləcəyini bildirib. Lakin mədəsi həssas olan insanlarda askorbin turşusu qıcqırma, ürəkbulanma və narahatlıq yarada bilər. Belə hallarda preparatı yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur.
Noçevnayanın sözlərinə görə, orqanizmin “C” vitaminini mənimsəmək imkanları məhduddur. Orta miqdarda qəbul zamanı vitaminin təxminən 70-90 faizi mənimsənildiyi halda, birdəfəlik 1 qramdan artıq dozada bu göstərici 50 faizdən aşağı düşür. Artıq miqdar sidiklə xaric edilir və yüksək dozalar ishal, qarın ağrısı və spazmlara səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub
Arıqlama iynəsini dayandıran iki şəxs psixoz səbəbilə xəstəxanaya düşüb
Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
İqlim təsirləri də xroniki stres yaradırmış
Xərçəng vaksini ilə bağlı şok xəbərdarlıq: metastazlar yenidən qayıda bilər