02.11.2026 - 15:34
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma
Dünya 124 baxış

Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma

Ermənistan hökuməti 2027-ci ildən etibarən siyasi partiyaların, ictimai təşkilatların və media qurumlarının maliyyələşdirilmə mexanizmlərində ciddi dəyişikliklər həyata keçirməyi nəzərdə tutur.

Publika.az-ın məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.

Paşinyanın açıqlamasına görə, yeni sistemin tətbiqi vətəndaşlara ödədikləri gəlir vergisini birbaşa bu qurumlara ianə etməyə imkan yaradacaq. Bu yanaşma universal bəyannamə prinsipi əsasında qurulacaq.

Baş nazir vurğulayıb ki, “ümumi bəyannaməni doldurub təsdiqlədikdən sonra vətəndaşlar ödədikləri gəlir vergisindən siyasi partiyalara, ictimai təşkilatlara və mediaya ianə edə biləcəklər”.

Paşinyanın sözlərinə görə, bu yenilik siyasi sistemin müstəqilliyini, QHT-lərin inkişafını və medianın maliyyə azadlığını təmin etməkdə mühüm rol oynayacaq. İlk il ərzində bu strukturlara maliyyə axınının çox olması gözlənilməsə də, uğur təşkilatların öz fəaliyyətindən və vətəndaşların etimadını qazanmaq istəyindən asılı olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: