09.09.2021 - 11:58
İdman
14 baxış
Qazaxıstan millisinin futbolçusunda dopinq aşkarlanıb

Qazaxıstan millisinin futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.
Minval.info-nun məlumatına görə, bu barədə qazaxıstanlı jurnalist Aydın Kojahmet teleqram kanalında bildirib.
“Tobol”da çıxış edən 27 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib. O, bu səbəbdən sentyabrın 8-də Bosniya və Herseqovina ilə DÇ-2022-nin seçmə oyununu buraxıb.
Valiullində hansı qadağan olunmuş maddənin tapıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, Ruslan Valiullin sentyabrın 1-də evdə Ukrayna ilə 2:2 hesablı heç-heçə etdikləri matçda meydanda olub. Yarımmüdafiəçi 74 və 90+6-cı dəqiqələrdə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51