Qaydaları pozan sürücü yol polisinə mane olmağa çalışdı – FOTO, VİDEO
Qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.
Oxu.Az xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.
İsmayıl bəy Qutqaşenli və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü Əmirov Fərid Elman oğlu avtomaşına quraşdırılan əlavə səs siqnalından istifadə edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “Saxla!” əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.
Sürücü səs siqnalının sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator çağırılıb.
Sürücü bu zaman da YPX əməkdaşlarına mane olmağa çalışıb.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.
Fərid Əmirov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.



ƏLAQƏLİ
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı