Qayda pozduğuna görə müzakirələrə səbəb olan AA seriyalı lüks maşın kimindir? FOTOLAR
Ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.
Musavat.com xəbər verir ki, bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.
Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
Bəs qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan maşın kimindir?
Jurnalist Samir Feyruzov bununla bağlı maraqlı məlumat paylaşıb:
“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Mənə nə desəniz keçərəm, amma ailəmə heç vaxt!" - Röya
Tolik efirdən onu hədələdi: "Sənin başını qarpız kimi əzərəm"- VİDEO
Hacıbala Abutalıbov işdən çıxarıldı - RƏSMİ
Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü - FOTO
Bakıda ərəblərin seks üçün üz tutduğu gecə klubu bağlandı - Gizli video