Qaxda dəhşətli qəza: ölən və xəsarət alanların kimliyi məlum oldu
Qaxda baş verən dəhşətli avtoqəza, bir insanın həyatını itirməsi ilə nəticələnib. Hadisənin dəhşəti isə onunla bağlıdır ki, xəsarət alanlar arasında tanınmış şəxslərin olduğu da bildirilir.
Minval.info xəbər verir ki, iyulun 30-u saat 16 radələrində Qax-Şəki avtomobil yolunun Əmbərçay kəndi ərazisində “Mercedes” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində Tacəddin Əhmədov hadisə yerində dünyasını dəyişib. Bu qəza zamanı Həşimov Xəyal Abdul oğlu, Abdullayev Zaur Səid oğlu və Manafov Novruz Şəmil oğlu isə xəsarət alıblar.
Xəsarət alan şəxslər dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti hələlik məlum deyil. Qəzaya səbəb olan hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?