Qaxda ailə zorakılığı: Asimə 6 aylıq cəza
Qax rayonunda 43 yaşlı bir şəxs həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Hadisə rayonun kəndlərindən birində baş verib. 1983-cü il təvəllüdlü Asim adlı şəxs, evin həyətində həyat yoldaşı Səlimə ilə mübahisə edib və bu mübahisə zamanı ona fiziki zərər yetirib.
Minval.info xəbər verir ki, Asim həyat yoldaşı ilə aralarındakı mübahisələr səbəbindən onun baş, sifət və bel nahiyəsinə bir neçə dəfə şillə və yumruqla vuraraq xəsarət yetirib. Bu hadisə ilə bağlı Asimə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qax Rayon Məhkəməsinin qərarı ilə Asim 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə hökmünə əsasən, o, cəza müddəti ərzində hər gün saat 23:00-dan 07:00-dək yaşadığı evi tərk edə bilməz və Qax rayonunun ərazi hüdudlarından kənara çıxa bilməz. Həmçinin, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və bu vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda korrupsiya əməliyyatı: Meğri meri saxlanıldı
Bakıda yanğın faciəsi: İttiham aktı elan edildi
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılır
Qalib Bayramova 8 il şərti cəza verildi
Bakıda 500 minlik torpaq dələduzluğu məhkəmədə
Jurnalist Nəcəfovun məzarından barelyef oğurlandı
Tbilisi-Bakı qatarı 24 yaşlı kişini öldürdü