"Qarşıdakı aylarda və illərdə..." - Bayden
ABŞ prezidenti Co Bayden Lula da Silvanı bazar günü başa çatan Braziliya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, səsvermənin azad və ədalətli keçdiyini qeyd edib.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidmətindən bildirilib.
“Mən Luiz İnasio Lula da Silvanı azad, ədalətli və etibarlı seçkilərdə Braziliyanın növbəti prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Qarşıdakı aylarda və illərdə ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə C.Bayden bildirib.
Xatırladaq ki, ötən gün Braziliyada keçirilən prezident seçkilərində səslərin 99,38 faizinin hesablanmasından sonra Lula da Silvanın qalib gəldiyi məlum olub. Belə ki, Lula da Silva 50,37 faiz səs toplayıb, onun rəqibi hazırkı prezident Jair Bolsonaru isə 49,13 faiz səs toplayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
