Qardaşını bu sözə görə öldürübmüş...
Yevlaxda qardaşı Vüqar Əsədovu bıçaqla qətlə yetirən Elşad Əsədovun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1971-ci il təvəllüdlü E.Əsədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Elşad Əsədovun iki oğurluq əməlinin cəzası da bu qərarda öz əksini tapıb.
Qardaş qətlinə gəlincə, bu, xırda mübahisə nəticəsində baş verib. Qardaşların axşam yemək yeyib spirtli içki qəbul edərkən işlətdiyi sözlər bir-birinin boğazından keçməyib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı ona mübahisə zamanı “sən kim, mən kim, beş gün ömrüm var, bu evin ağası mənəm” deyib qardaşı kimi onu saymadığını söyləyib.
Elşad Əsədov isə cavab olaraq Vüqar Əsədova onu vurub öldürəcəyini deyərək hədələyib. Qardaşı yenə ona “mən səni tanımıram” deyib. Elşad bu sözləri özünə təhqir hesab edərək masanın üzərində olan bıçağı qardaşının ürəyinə soxub, nəticədə o, hadisə yerində keçinib.
ƏLAQƏLİ
Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi
Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 12-də baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü
Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi