Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi
Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır.
Report-un əldə etdiyi məlumata görə, onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur.
E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.
Məhkəmə iddianı qismən təmin edib.
Hazırda işə Bakı Apellyasiya Məhkəmədə baxılır.
Qeyd edək ki, qalmaqallı iş adamının adı mətbuatda sonuncu dəfə bu gün hallanıb. Onun aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı haqsızlıq etdiyi bildirilir. Məsələdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xəbər tutub və onun göstərişi ilə Sənan Axundovun ailəsinə yeni mənzil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mənzillərdə ad günü, toy, nişan keçirmək qadağan edildi
İş adamı Fizuli Məmmədov 5 Qarabağ qazisinə mənzil bağışlayacaq
Bakı bulvarında təəccübləndirən “mənzərə”: Qızlar çılpaq günəşləndi – Foto
Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardı
BNA küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Şanlı tarixin 33-cü ili