Qaradağda sarsıdıcı hökm: Keçmiş müavinə 1 il 3 ay həbs cəzası verildi
Qaradağ Rayon İcra Hakimiyyətinin keçmiş müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.
Minval.info xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hakim Şəfa Dadaşova tərəfindən hökm elan edilib. Məhkəmə, Muradovun Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham olunduğunu və bu ittihamın məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və şahid ifadələri ilə təsdiqləndiyini bildirib.
Hökmə əsasən, Nadir Muradov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, ötən ilin avqust ayından həbsdə olduğu üçün cəzasının 6 ayı qalıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Bu əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs, o cümlədən 10 il ərzində birinci müavin vəzifəsində çalışan Nadir Muradov həbs edilib. Hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı