Qaradağda icra hakimiyyətində sarsıdıcı hadisə: Keçmiş müavin həbsdəki son günlərini sayır
Qaradağ Rayon İcra Hakimiyyətinin keçmiş müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Məhkəmə iclasında çıxarılan hökmə əsasən, Muradov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Minval.info xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda hakim Şəfa Dadaşova tərəfindən oxunan hökmə görə, Muradovun Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittihamı təsdiqlənib. Bu maddə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və nüfuz alveri ilə bağlıdır.
Nadir Muradovun cəzasının 6 ayı qalıb, çünki o, ötən ilin avqust ayından həbsdədir. Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçən ilin noyabrında Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində Muradov və digər vəzifəli şəxslər həbs olunmuşdu. Bu hadisədən sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı