Qaradağda DƏHŞƏTLİ QƏZA: 10 maşın toqquşdu, ölən var VİDEO
Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
https://www.youtube.com/watch?v=QsGAeZ1BY3E&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Qarabağda müharibə istəyir
Səhiyyə Nazirliyi və TƏBİB açıqlama yaydı: "Qapalı məkanlarda..."
“Vardanyan layihəsi” separatçıları daha tez bitirəcək!
Bakıda Qazaxıstan vətəndaşı işdən evə qayıdan qadına təcavüz etdi
Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat olub
Zaporojye AES Rusiya qoşunlarının nəzarətinə keçdi