“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
Minval.info-nun məlumatına görə, buna İsveçrənin “Bazel” klubu ilə IV tur matçında Kiprdə “Omoniya” ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan “köhlən atlar” “Omoniya” (2 xal) və “Kayrat” (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan “Bazel” də növbəti mərhələyə adlayıb.
Beləliklə, “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa səkkizdəbir finala yüksəlirlər. İkinci yeri tutanlar isə UEFA Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?