"Qarabağ" məşqçisi, futbolçusu və azarkeşlərinə görə cərimələndi
AFFA İntizam Komitəsi “Qarabağ” klubunun məşqçisi Mario Dobromirovu 1600 manat cərimələyib.
“Minval.info”nun qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Dobromirovun “Neftçi” ilə Azərbaycan Premyer Liqasının XV tur matçında hakimlər otağına icazəsiz daxil olması səbəb olub.
İntizam Komitəsi oyun zamanı qırmızı vərəqə alan futbolçuları da cəzalandırıb. 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Anton Krivotsyuk və 90+2-ci dəqiqədə eyni səbəbdən qovulan Qara Qarayev hərəyə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Hər iki kluba 200 manat cərimə də kəsilib.
“Qarabağ” daha 800 manat cəriməni 10-cu dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ödəyəcək.
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?