"Qarabağ" ın yoxlama oyunlarında qarşılaşacağı bütün rəqiblər müəyyənləşib
“Qarabağ” futbol komandasının Türkiyədəki təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama matçlarının siyahısı açıqlanıb.
Minval.info-nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırlıq prosesinə yanvarın 6-da Antalyada start verəcək. 21 günlük toplanış müddətində 5 oyun nəzərdə tutulub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, yanvarın 23-də Polşanın “Piast” və yanvarın 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.
Yanvarın 27-də Bakıya dönəcək “Qarabağ” fevralın 3-də “Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına hazırlığa başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?