"Qarabağ"ın legioneri: "İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb"

“Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki mənə dünən məlumat verilib”.
Minval.info xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kevin Medina İtaliyanın “Salernitana” klubunun onunla maraqlandığına dair xəbərə münasibət bildirərkən deyib.
28 yaşlı kolumbiyalı müdafiəçi təmsilçisi ilə A Seriyası klubunun nümayəndələrinin əlaqə saxladığını bildirib.
O, “real təklif olsa, getməyi düşünərsinizmi” sualına belə cavab verib: “Həmişə təkliflərə qulaq asmalıyıq. Amma mən hazırda “Qarabağ”da çox xoşbəxtəm”.
Qeyd edək ki, Kevin Medina “Qarabağ”a 2020-ci ilin yayında keçib. Onun “köhlən atlar”la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. “Salernitana” cari mövsüm A Seriyasında keçirdiyi hər iki matçda məğlub olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?