"Qarabağ"ın legioneri: "Azərbaycanlılar Ronaldunun oynayacağını gözləyirdi"

“Azərbaycanlılar Kriştianu Ronaldunun bu matçda meydanda olacağını gözləyirdi. Ronaldu olmasa da, Portuqaliyanın başqa istedadlı oyunçuları var”.
Minval.info-nun məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Kevin Medina Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu barədə “rr.sapo.pt” saytına açıqlamasında deyib.
28 yaşlı müdafiəçi Portuqaliya yığmasının heyətində Brunu Fernandeşin möhtəşəm oynadığını bildirib: “Onu həmişə çox bəyənmişəm. Diequ Jota kimi bir neçə ulduz oyunçu da qarşılaşmaya təsir edə bilir. Portuqaliyada çox yüksək səviyyəli futbolçular var. Mən ikisi haqqında danışdım, amma qapıçı da daxil olmaqla digər 9 nəfəri də qeyd edə bilərəm. Ehtiyat oyunçuları da yaxşıdır, çünki meydana kim girsə, eyni səviyyədə iş görəcək”.
Medina Azərbaycan millisinin inkişaf etdiyini sözlərinə əlavə edib: “Artıq ölkənin Türkiyə və Polşa kimi keyfiyyətli çempionatlarda çıxış edən futbolçuları mövcuddur. Yığmada bir neçə yaxşı oyunçu da var. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçilər Emin Mahmudovla Qara Qarayev və hücumçu Mahir Emrelinin adını çəkə bilərəm. Onlar Portuqaliya üçün təhlükə yarada bilərlər”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq. Kevin Medina “Qarabağ”a 2020-ci ilin yayında Portuqaliyanın “Şaveş” klubundan keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi
"Roma"nın 3 futbolçusu koronavirusa yoluxub
Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşib
Qurban Qurbanovdan rekord: 48 məşqçini geridə qoydu
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
Azərbaycan Premyer Liqasında həftənin komandası və oyunçusu açıqlanıb