“Qarabağ”ın əcnəbisi: Polşa cəhənnəminə dönmək istəmirəm
Polşadan ötrü tam darıxmıram. Çünki əla futbol mühiti tapmışam. Yalnız ailəm üçün darıxıram.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.
Polşalı futbolçu ölkəsində “Sport” jurnalına verdiyi müsahibəsində maraqlı fikirlər səsləndirib. O, qeyd edib ki, Azərbaycanda futbol atmosferi Polşadakından yaxşıdır:
“Qarabağ”da “Legiya”dakından az təzyiq var. Burda o qədər də çılğın azarkeşlər yoxdur. Ölkəmdə baş verənlərə çox vaxt gülürəm. Polşa cəhənnəminə dönmək istəmirəm. Forumlarda və sosial şəbəkələrdə baş verənləri izləyirəm. Parkinqlərdə dayanıb rəqib komandaları gözləmələr və ya formaların əyinlərindən çıxarılması… Yersiz hadisələr çoxdur. “Qarabağ”da belə şeylərin olmamasına sevinirəm”.
Jezniçak iki ölkənin müqayisəsini də aparıb:
“Təbii ki, iki ölkə arasında fərqli mədəniyyət, fərqli din var. Çox görünməsə də, İslam orda hakim dindir. Şəhər və ölkə çox gözəldir. Xaricdən gələnlərə qarşı xoş münasibət bəslənilir. Əksər insanlar ingilis dilində danışır. İngilis dilində bilməyənlər rusca danışırlar. Rus dili isə polyak dilinə yaxındır”.
Qeyd edək ki, Yakub Jezniçakın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. “Qarabağ” hələ 32 yaşlı mərkəz müdafiəçisi üçün yeni müqavilə təklif etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cavid Hüseynov Rəşad Sadıqovla kəllə-kəlləyə gəldi - VİDEO
Qurban Qurbanov: "Çox ciddi rəqiblə qarşılaşacağıq"
Son 10 ilin ən yaxşı futbolçuları - Ronaldu və Messi...
Futbol yığmamız FIFA reytinqində Mozambikdən geriyə düşdü
“Qarabağ” 3 qolla liderliyini möhkəmləndirdi
Bakıda Borçalı kəndləri arasında futbol çempionatı keçirilib