11.10.2026 - 13:04
“Qarabağ” “İmişli”yə, “Şəfa” “Turan Tovuz”a qarşı
İdman 100 baxış

“Qarabağ” “İmişli”yə, “Şəfa” “Turan Tovuz”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci turun son oyunları keçiriləcək. Publika.az-ın məlumatına görə, bu gün iki maraqlı qarşılaşma gözlənilir.

Günün ilk oyununda “İmişli” Yevlaxda “Qarabağ”ı qəbul edəcək. Matçın idarəçiliyi Elvin Bayramova həvalə edilib.

Axşam isə “Şəfa” komandası “Turan Tovuz”la qarşılaşacaq. Bu oyun Sumqayıtda baş tutacaq və baş hakim Əli Əliyev olacaq.

Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə 0:2 hesabı ilə uduzub, “Sumqayıt” isə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” və “Zirə” – “Şamaxı” matçlarında isə heç-heçə qeydə alınıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: