“Qarabağ” daha iki sabiq futbolçusunu geri qaytarır
Qazaxıstanın “Astana” klubunun iki legioner futbolçusu Riçard Almeyda və Pedro Enrike “Qarabağ”a qayıda bilər.
Oxu.Az xəbər verir ki, Qazaxıstanın altıqat çempionu Avropa Liqasının qrup mərhələsinin son turunda Fransanın “Ren” klubuna uduzmaqla uğursuzluğa düçar olub və bu səbəb aparıcı oyunçuların klubdan ayrılmasına səbəb olub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Astana”da çıxış edən sabiq iki braziliyalı futbolçusunu geri qaytarmağı planlaşdırır. Riçard Almeydada hər şey “Astana”dan asılı olacaq. Çünki onun bu klubla hələ iki illik müqaviləsi var.
Pedro Enrike isə Yunanıstanın PAOK klubuna məxsusdur. O, “Qarabağ”da olduğu kimi, “Astana”da da icarə əsasında çıxış edib. Onun uğurlu çıxışı Saloniki klubunun onu özündə saxlamasına səbəb ola bilər.
Xatırladaq ki, hər iki futbolçu “Astana”ya yayda keçib. Hər iki legioner Qazaxıstan Premyer Liqasında səkkiz və avrokuboklarda 11 matç keçirib. Pedro Enrike beynəlxalq matçlarda üç qol vurub və bir məhsuldar ötürməyə imza atıb. Millimizin futbolçusu olan Riçard Almeyda isə çempionatda cəmi bir qol vurub.
Qeyd edək ki, daha əvvəl “Qarabağ” sabiq braziliyalı futbolçusu, Qazaxıstanın “Aktobe” klubundan ayrılmış Reynaldo dos Santos Silvanı heyətinə qatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
Trampın İnfantino ilə bağlı başqa planı varmış
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
“Azərlotereya” çempion axtarır!
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb