"Qarabağ"da ciddi itki
“Qarabağ”ın zədəli futbolçusu İnnosent Emeqaranın durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, 29 yaşlı hücumçu əməliyyat olunacaq. Cərrahi müdaxilə xarici ölkələrin birində baş tutacaq. İsveçrəli oyunçu dizinin menisk hissəsindən xəsarət alıb. O, ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
“Qarabağ”da daha bir itki isə müdafiəçi Yakub Jezniçakla bağlıdır. Polşalı legioner Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri görüşdə 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşüb. O, növbəti tur “Keşlə” ilə ev oyununu buraxmalı olacaq. Jezniçak bu görüşdə həm də komandasının bərabərlik qolunu vurub. Bu, 32 yaşlı oyunçunun Ağdam təmsilçisinin heyətində ilk qolu olub.
Qeyd edək ki, İnnosent Emeqara “Qarabağ”ın Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la (1:1) matçdan öncə isinmə hərəkətləri zamanı xəsarət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA prezidenti Bakıya görə ingilisləri sərt tənqid etdi
Neymar onu PSJ-dən qovub, yerinə dostunu gətirdir
“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı – FOTO
Joze Mourinyo yenidən "Real"da - Açıqlama
Mahir Emreli İngiltərənin məşhur klubuna qarşı - FOTO