"Qarabağ" Çempionlar Liqası tarixinin ən yaxşıları arasında

UEFA Çempionlar Liqasının 63 illik tarixi ərzində bu turnirdə çıxış etmiş klubların reytinq siyahısını dərc edib.
Azxeber.com xəbər verir ki, 1955-ci ildən keçirilən (1992-ci ilə qədər Çempionlar Kuboku adlanıb) turnirdə 5 dəfə iştirak etmiş “Qarabağ” 100-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisinin aktivində 33 xal var.
Bir dəfə qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” turnirdə indiyədək 30 oyun keçirib. 11 oyunda qələbə qazanan təmsilçimiz eyni sayda heç-heçəyə razılaşıb və 8 dəfə uduzub.
Azərbaycanın digər təmsilçiləri – “Neftçi” 167-ci, “Bakı” 265-ci, “Keşlə” 290-cı, “Şəmkir” 389-cu, “Kəpəz” 390-cı, “Xəzər Lənkəran” 415-ci pillədə qərarlaşıb.
Çempionlar Liqası tarixinin ən yaxşı klubu Madrid “Real”ıdır. 16 dəfə final oynayan və 13 dəfə kuboku qazanan (rekord) “Kral Klubu”nun aktivində 590 xal var. “Bavariya” 462 xalla ikinci pillədə qərarlaşıb. Almanlar indiyədək oynadıqları 10 finaldan 5-ni qazanıblar. İlk “üçlüy”ü “Barselona” tamamlayır – 427 xal. Kataloniyalılar 8 dəfə finala çıxaraq 5 dəfə kuboku qazanıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qrizman qırmızı vərəqə ilə tarixə düşdü
Çempionlar Liqasında I təsnifat mərhələsi start götürür
Britaniya nəşri: “Bakı haqqında bilinməyən beş fakt”
Didye Deşam: “Mbappe məsuliyyət daşıdığını bilirdi”
FİFA Azərbaycan yığmasını reytinq cədvəlindən kənarlaşdırıb
"Neftçi"nin məşqçisinin meydanda halı pisləşdi, yerə yıxıldı
Rafael Ağayev daha bir nüfuzlu turnirin qalibi oldu