“Qarabağ” Avropada 2 addım irəlilədi

Avrokubokların qrup mərhələsinin II turu başa çatıb.
Minval.info xəbər verir ki, Apasport.az saytının məlumatına görə, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.
Premyer Liqanın vitse-çempionu II turda Kipr “Omoniya”sını 4:1 hesabı ilə darmadağın edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.
Aktivini 19,000-a çatdıran “Qarabağ” 2 pillə irəliləyib. Bu görüşədək Avropada 71-72-ci yerləri bölüşən təmsilçimiz artıq 69-72-ci pillələrə şərikdir.
Ağdamlılar “Feyenoord”u (Niderland), ÇFR (Rumıniya) və “Molde” (Norveç) ilə eyni xala malikdir.
Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 120,000.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?