"Qarabağ"a qayıdacağım yalandır" - Riçard Almeyda
Milli komandamız və “Astana”nın yarımmüdafiəçisi Riçard Almeyda “sports.kz” saytına geniş müsahibə verib.
Minval.info qol.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə “Qarabağ”a qayıdacağı ilə bağlı Braziliya mətbuatında yer alan fikirlərinə mübasibət bildirən futbolçu belə söz demədiyini söyləyib.
“Bunlar yalan məlumatlardır. İnanmayın. Braziliyadan olan jurnalistə müsahibə verdim. Dedim ki, nə vaxtsa “Qarabağ”a qayıtmağım mümkündür. Amma bunun yaxın gələcəkdə olacağını söyləməmişəm. Onlar mənim fikirlərimi təhrif ediblər”.
Almeyda “Astana”da qalmaq istədiyini açıqlayıb: “Klubla hələ 2 illik müqaviləm var. Sözləşmənin sonuna qədər burada oynamaq istəyirəm”.
Qeyd edək ki, Almeyda mövsümün əvvəlində “Qarabağ”ı “Astana”ya dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?