Qalmaqallı iş adamı Maqsud Mahmudov həbs olundu: Ukraynada gizlənirmiş - FOTO
Tanınmış iş adamı, onlarla insanın pulunu, qızılını götürərək ölkədən qaçdığı deyilən Maqsud Mahmudov Ukraynada saxlanılıb.
Minval.info xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Nazirliyi Xəzər hövzəsi ölkələrindən birində axtarışa verilmiş bir nəfəri saxlayıb. Şəkildən məlum olub ki, saxlanılan şəxs Maqsud Mahmudovdur. Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, o, Azərbaycana ekstradisiya olunacaq.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Həmçinin M. Mahmudov bu gün səhər canlı bağlandığı internet verilişlərinin birində interpol tərəfindən saxlanıldığını və Azərbaycana göndəriləcəyini bildirib. Ukrinform.ru saytının məlumatına görə, tez-tez əlaqə nömrəsini dəyişən Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Hər kəsə isə Almaniyada olduğunu bildirib.
M. Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə kirayə tutduğu evdə qalırmış. O, bu barədə özü danışıb. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.
Qeyd edək ki, dəfələrə məhkum olunan Maqsud Mahmudov ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə işləri üzrə zərərçəkən kimi tanınıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı


