Qalib Bayramova 8 il şərti cəza verildi
İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Qalib Bayramova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin məhkəmə ona 3 il sınaq müddəti seçilməklə şərti cəza təyin edib.
Minval.info xəbər verir ki, dövlət ittihamçısı Qalib Bayramovun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini tələb etmişdi. Qalib Bayramov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. İstintaq müddətində onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır. Bu çərçivədə qeyri-hökumət təşkilatları və onların rəhbərlərinin fəaliyyəti araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 500 minlik torpaq dələduzluğu məhkəmədə
Jurnalist Nəcəfovun məzarından barelyef oğurlandı
Tbilisi-Bakı qatarı 24 yaşlı kişini öldürdü
İrandan PUA ilə narkotik keçirməyə cəhd ifşa edildi
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı