08.08.2026 - 22:21
Ölkə 21 baxış

Qafqazda müdafiə ittifaqı: Türkiyədən yeni strateji təkliflər

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Qafqaz ölkələri ilə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə sazişinə bənzər bir müdafiə əməkdaşlığının yaradılmasının mümkünlüyünü dilə gətirib.

Minval.info xəbər verir ki, Hakan Fidan bu açıqlamanı “Anadolu Ajansı”nın “Editör Masası” proqramında verib. O, Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Fidanın sözlərinə görə, Türkiyə bu cür əməkdaşlıqlar vasitəsilə müxtəlif bölgələrdə diplomatik təsirini artırmağı hədəfləyir. O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə də dəstək verdiklərini bildirib. Nazir qeyd edib ki, bu proses təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.

“Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi istiqamətində irəliləyişlər var və Ankara bu prosesi dəstəkləyir. Bu, təhlükəsizlik və iqtisadi perspektivlər üçün yeni imkanlar açır. Zamanla Qafqazda da oxşar bir müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər,” – deyə Hakan Fidan əlavə edib.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında birgə müdafiə haqqında Məkkə sazişi imzalanıb. Bu sənədə əsasən, üç ölkədən birinə qarşı hər hansı bir silahlı hücum, bütün iştirakçılara qarşı hücum kimi qəbul ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: