“Qadınları zorlayın” deyən bloqerlə bağlı araşdırma başlanıldı
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:
“Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.
Qeyd edək ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.
Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı “”harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm” deyə şərh yazıb.
70 min izləyicisi olan bloqer daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.
Qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, “KOMA” filminin müəllifidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir müavini hicab taxdığına görə vəzifəsindən gedib?
Fatimə: "Öz reklamıma görə evli kişi ilə münasibətə "hə" deyərəm" - VİDEO
"Xalq ulduzu" qadınları videolarla şantaj edib - PUL QAZANIRMIŞ – FOTO
SOS! Uşaq bağçalarından, bahalı restoranlaradək ət təhlükəsi
"Bəziləri deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib" - İlham Əliyev