Qadına maşında təcavüz edən qohumlara ağır cəza verildi
Bakı Apellyasiya Məhkəməsində qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirməkdə və zorlamaqda təqsirləndirilən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər ikisinin apellyasiya şikayəti təmin edilməyib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Yunusov və Y.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İ.Yunusov və xalası oğlu, Qax rayon sakini Y.Məmmədov saxlanılıblar.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və qadın avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd olunan cinayəti törətdiklərini bildiriblər.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək