Qadın taekvondo yığmamızın baş məşqçisi dəyişdirildi

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.
Minval.info-nun məlumatına görə, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub.
Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.
Belə ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.
Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21 yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.
Qeyd edək ki, qadın taekvondo millimizin baş məşqçisi əvvəl 2008-ci ilin Avropa çempionu Elnur Amanov idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?