04.11.2026 - 10:14
Batrakov: "Çox xoşbəxtəm"
İdman 148 baxış

Batrakov: "Çox xoşbəxtəm"

Türkiyənin “Qalatasaray” klubunun rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov, UEFA Çempionlar Liqasının IV turunda “Ştutqart”a qarşı iki qol vurduğuna görə sevincini ifadə edib. Baku.ws-ın məlumatına görə, futbolçu oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Batrakov, “Əlbəttə, çox xoşbəxtəm. Belə oyun üçün bütün komandama təşəkkür etmək istəyirəm. İki qol vuracağımı gözləmirdim. Hər zaman qol vurmağı düşünürəm, amma bunlar çox vaxt sadəcə xəyallarımda olur. Mənim üçün əsas olan komandanın qələbəsidir. Üç xal qazandığımız üçün çox şadam”, – deyə bildirib.

“RAMS Park” stadionunda baş tutan qarşılaşma “Qalatasaray”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Batrakov start heyətində meydana çıxaraq 12-ci və 15-ci dəqiqələrdə fərqlənib və dubl müəllifi olub. Matçın 77-ci dəqiqəsində isə əvəzlənib.

Bu qələbədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində 14-cü pilləyə yüksəlib, “Ştutqart” isə 7 xalla 6-cı sırada qərarlaşıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: