22.05.2018 - 17:17
Gündəm
1 baxış
Qəzada ölən hərbçi ilə bağlı nazirlikdən AÇIQLAMA
“Bəzi elektron KİV-də Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik”.
Bu barədə Minval.info-ya MN-dən bildirilib.
Məlumatda qeyd olunur ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu ölüb.
Avtomobildə olan digər sərnişin, M. Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
“Son dövrlərdə bəzi KİV yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirilməsi vacib.
Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək”, – deyə məlumatda bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bahar Muradova da toyda iştirak edib?
24.08.2020 - 10:21
Adil Əliyev oğlunun maşın kolleksiyası haqda xəbərə reaksiya verdi
24.09.2020 - 14:27
Cüdoçu Turan Rüstəmovu öldürən şəxs belə saxlanıldı
28.11.2022 - 13:09
"Bu şəhərdə” aktyorlarından “Şuşa” qalmaqalı ilə bağlı AÇIQLAMA
24.01.2022 - 14:48
Mərkəzi Bank: "Fərman manatla götürülən kreditlərə də aiddir"
28.02.2019 - 17:05
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanıldı
27.01.2023 - 12:00
Naxçıvanda nə baş verir?
09.12.2022 - 12:06